Dünyada 2 milyard uşaq zəhərli hava ilə nəfəs alır

Zəhərli havanı udan uşaqların 620 milyonu Cənubi Asiyada yaşayır.

600685
Dünyada 2 milyard uşaq zəhərli hava ilə nəfəs alır

 
UNİCEF-in dərc etdiyi hesabatda dünya miqyasında zəhərli hava ilə nəfəs alan 2 milyard uşağın böyük bir qismi Hindistanın şimalında olmaqla, 620 milyonu Cənubi Asiyada, 520 milyonu Afrikada, 450 milyonu Şərqi Asiyada yaşadığı qeyd edilir.
 
 Hesabatda bu uşaqlardan 300 milyonunun Dünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi standartlardan 6 dəfə artıq çirklənməyə məruz qaldığına diqqət çəkilir.
 
 Beyin və immunitet sistemlərinin inkişafı davam edən və zəif olan uşaqların yeniyetmələrdən iki qat daha sürətli nəfəs alaraq bədən kütlələrinə görə daha çox hava aldığı qeyd olunan hesabatda uşaqların daha çox çirklənməyə məruz qaldığı vurğulanır.
 
UNİCEF-in icraçı direktoru Anthony Lake hər il dünyada 5 yaşından kiçik 600 min uşağın hava çirkliliyi  səbəbindən ortaya çıxan xəstəliklərdən öldüyü bildirilir.



Әlaqәli Xәbәrlәr