Staffan de Mistura: "Hələb xalqı bombardmanın dayandırılmasını istəyir""

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Hələbdə gündə 11 saatlıq təktərəfli  atəşkəs başladığını elan edən Rusiyanın qərarını müsbət qarşıladıqlarını bildirdi

593885
Staffan de Mistura: "Hələb xalqı bombardmanın dayandırılmasını istəyir""

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Suriya Dəstək Qrupunun Humanitar Məsələlər üzrə İşçi Qrupunun iclası keçirildi.
İclasdan sonra Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura  BMT-nin Cenevrə Ofisində mətbuar konfransı keçirdi.
Staffan de Mistura Suriyanın Hələb şəhərinin cənubunda Bəşər Əsəd  rejiminin mühasirəsində olan mülki vətəndaşların "şəhər tərk edilir" təbliğatına reaksiya göstərərək: "Hələb xalqı şəhərini qəti şəkildə tərk etmək istəmir. Qaçqın vəziyyətinə düşmək istəmirlər. Lakin bu vətəndaşlar bombardmanın dayandırılmasını istəyir" dedi.

De Mistura Hələbdə gündə 11 saatlıq təktərəfli  atəşkəs başladığını elan edən Rusiyanın qərarını müsbət qarşıladıqlarını bildirdi və Rusiyanın planının Hələbdə mülki vətəndaşların tibbi müdaxilə üçün təçili olaraq bölgədən təxliyyə edilmələri ilə bağlı olduğunu vurğuladı.



Әlaqәli Xәbәrlәr