Lozanna toplantısının ən mühüm məsələsi Suriyada atəşkəsin yenidən təmin olunması olacaq

Bunu Rusiya Xarici İşlər Nazirliyinın sözçüsü Mariya Zaxarova həftəlik mətbuat  konfransındakı çıxışında oktyabrın 15-də İsveçrənin Lozanna şəhərində keçiriləcək  Suriya toplantısı barəsində danışarkən bildirdi.

589248
Lozanna toplantısının ən mühüm məsələsi Suriyada atəşkəsin yenidən təmin olunması olacaq

Rusiya Xarici İşlər Nazirliyinın sözçüsü Mariya Zaxarova oktyabrın 15-də İsveçrənin Lozanna şəhərində keçiriləcək  Suriya toplantısında ən  mühüm gündəm məsələsinin atəşkəsin  yenidən təmin olunması olacağını söylədi.
 
 Zaxarova həftəlik mətbuat  konfransında çıxış edərək Lozannadakı toplantıda Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyə və Səudiyyə Ərəbistanının xarici İşlər nazirlərinin, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın iştiraklarının planlaşdırıldığını bildirdi.
 
 Zaxarova: "Lozanna formatının uğurlu olması üçün bütün böyük oyunçuların bəzi öhdəliklər götürməsi və meydandakı qüvvələrin atəşkəsə əməl olunması üçün lazımi iş aparması lazımdır. Bu iş müvəffəqiyyətlə həyata keçirilərsə, Suriya böhranına siyasi həllin yenidən başlaması üçün ilkin şərait yaradılmış olar" dedi.
 
 Çıxışında Hələbdəki vəziyyətə də toxunan Zaxarova Rusiyanın, Əsəd rejiminin və BMT-nin oradakı vəziyyətin həll olunması üçün variantlar axtarmağa hazır olduqlarını dilə gətirdi.



Әlaqәli Xәbәrlәr