BMT-dǝn Məscid-i Əqsa ilǝ ǝlaqǝli qǝrar layihǝsi
BMT-nin Elm Təhsil və Mədəniyyət Təşkilatı (UNESCO), Məscid-i Əqsanın Yǝhudiliklǝ ǝlaqli olmadığına dair qərar layihəsi qəbul edib.

UNESCO-nun Xarici işlər Komissiyasında sǝsǝ qoyulan layihə, 24 sǝslǝ qǝbul edilib. Layihǝdǝ İsrailin, Qüdsdəki dini və müqəddəs mǝkanlara nǝzarǝt üslubu pislǝnib. Şǝhǝrin müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs hesab edildiyi vurğulanıb.
Məscidi-i Əqsanın İslamiyyət ilə əlaqəsinə xüsusilə diqqət çəkilən qǝrarda İsrailin, bölgənin Yǝhudiliklǝ ǝlaqǝsinin olduğuna dair iddialarına toxunulmayıb.
Qeyd edǝk ki, Fransa qǝrar layihǝsi ilǝ bağlı fikir bǝyan etmǝyib. Amerika Birləşmiş Ştatları, Almaniya və İngiltərə isǝ ǝlayhdǝ sǝs verib.
Layihǝ, YUNESKO-nun 58 üzvlü İdarə heyəti tǝrǝfindǝn 17 oktyabrda daha bir dǝfǝ sǝsǝ qoyacaq.
Әlaqәli Xәbәrlәr

ABŞ əsgərləri Somalidən çıxıb
ABŞ Somalidə vəzifə icra edən əsgərlərini tamamı ilə bu ölkədən çıxarıb.