Efiopiyada fövqəladə vəziyyət elan edilib

Efiopiya baş naziri Haylemariam Desalen uzunmüddətli etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan etdi.

586000
Efiopiyada fövqəladə vəziyyət elan edilib

Efiopiya dövlət  televiziya kanalının (EBC)  məlumatına görə,  H. Desalen deyib ki, hazırkı vəziyyət ölkə əhalisi üçün təhlükə yaradır və buna görə də fövqəladə vəziyyət rejimi elan olunub.

Adının açıqlanmasını istəməyən yüksək səviyyəli dövlət  rəsmisi də fövqəladə vəziyyət rejiminin üç ay davam edə biləcəyini söyləyib.

Qeyd edək ki, etiraz aksiyaları onlarla insanın ölümünə səbəb olub.



Әlaqәli Xәbәrlәr