Çində hazırlanan dərman preparatlarının 80%-i standartlara uyğun deyil və ya saxtadır

Çində dərman bazarına çıxarılmağa hazırlanan yeni preparatların ən az 80%-nin standartlara uyğun gəlmədiyi və ya  saxta, "boş dərmanlar" olduğu müəyyən edildi.

586555
Çində hazırlanan dərman preparatlarının 80%-i standartlara uyğun deyil və ya saxtadır

 Çinin məşhur "WangYi" saytının xəbərinə görə, Çin Ərzaq və Dərman İdarəsi tərəfindən aparılan tədqiqatlar nəticəsində bəzi dərman firmalarının dərmanların potensial yan təsirlərinə aid məlumatları gizlədiyi və istədikləri nəticələri təmin etməyən göstəricilərdə dəyişiklik etdikləri müəyyən olunub.
 
 1622 klinik sınaq göstəricisinin öyrənildiyi tədqiqatda göstəricilərin 80%-dən çoxunun analiz parametrlərinə uyğun gəlmədiyi, əksik olduğu, bəzi göstəricilərin də əldə oluna bilinmədiyi bildirildi. Buna görə Çindəki kilinik sınaqların çoxundakı göstəricilərin sınağa başlamazdan əvvəl yazıldığı və dərman firmalarının istəyinə uyğun şəkildə təhrif edildiyi qeyd edildi.
 
 Çində 2006-cı ildən etibarən 20 böyük dərman firmasından 13-ü dərman preparatlarının araşdırılması və hazırlanması mərkəzi açmışdı.
 
 "Pediatrics" jurnalında ötən aylarda dərc olunan bir məqalədə də araşdırma prosesi başa çatan klinik sınaqların 30%-nin nəticəsinin heç bir jurnalda dərc olunmadığı ortaya çıxmışdı.



Әlaqәli Xәbәrlәr