Kanada oktyabrı İslam tarixi ayı elan etdi

Kanadanın Ontario Əyaləti parlamenti oktyabr ayını İslam tarixi ayı elan edib.

585353
Kanada oktyabrı İslam tarixi ayı elan etdi

  Ontario Parlamentində Yeni Demokrat Partiyasından olan millət vəkili Teresa Armstronq, Mühafizəkar Partiyasından millət vəkili Raymond Ço və Liberal Partiyadan millət vəkili Şefik Kadri tərəfindən ortaq şəkildə hazırlanan layihə yekdilliklə qəbul olunub.

  Bütün kanadalıları İslam tarixi ayından faydalanmağa dəvət edən Kanada Mədəniyyət naziri Melani Coli (Melanie Joly) bu ayın İslam ölkələrinin Kanadaya qatdığı zəngin mirası anlamaq üçün vəsilə olacağını söyləyib.

  Kanada Müsəlmanları Milli Şurasının (NCCM) sədri İhsan Gardee də İslama və müsəlmanlara qarşı artan neqativ hadisələrin yaşandığı belə bir dövrdə bu qərarın ictimaiyyətə yaxşı təsir edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr