BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili toplantı keçirəcək

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Suriya məsələsi ilə əlaqədar təcili toplantı keçirməyə qərar verdi.

BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili toplantı keçirəcək


BMT-dən verilən açıqlamada təcili topllantının bu gün yerli vaxtla 10.00-da (Türkiyə vaxtı ilə saat 17.00) mətbuata qapalı şəkildə keçiriləcəyi bildirilir.
 
 Təcili toplantı qərarı BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan də Misturanın Suriya rejimi və Rusiyanın Hələbə qarşı hücumlarının davam etməsi halında Hələbin şərqinin iki ay ərzində tamamilə xarabaya çevriləcəyi və ölənlərin terrorçu deyil, mülki vətəndaşlar olacağı barədə xəbərdarlığından sonra verilib.
 
 Toplantı tələbinin Rusiyadan gəldiyi və Misturanın BMT TŞ üzvlərini telekonfrans vasitəsilə Cenevrədən məlumatlandıracağı qeyd olunur.
 
Qey edək ki, Mistura Hələbin şərqində təxminən 275 min mülki vətəndaşın yaşadığını, bunların 100 minini uşaqlar təşkil etdiyini bildirərək, Rusiya və Suriya rejiminin təxminən 900 nəfərlik Əl Nüsra döyüşçüsünü məhv etmək üçün Hələbin şərqinə və mülki vətəndaşlara qarşı hücumlarını tənqid edib.
 
 Mistura Suriya və Rusiya rəhbərliyinə  Hələbi yerlə yeksan etməməyə, terrorçular çəkildiyində bombardmanı dərhal dayandırmağa çağırıb.
 
 Rusiyanın BMT-də daimi nümayəndəsi və BMT TŞ-na sədrlik edən Vitaliy Churkin Misturanın tənqidi ilə bağlı verilən sualı cavabsız qoyub.



Әlaqәli Xәbәrlәr