Macarıstan parlamenti uydurma “erməni soyqırımı” ilə bağlı layihəni rədd edib

Macarıstan parlamentinin Xarici əlaqələr komitəsi qondarma “erməni soyqırımı” ilə bağlı layihəni rədd edib.

583187
Macarıstan parlamenti uydurma “erməni soyqırımı” ilə bağlı layihəni rədd edib

Macarıstan parlamentinin Xarici əlaqələr komitəsi qondarma “erməni soyqırımı” ilə bağlı layihəni rədd edib.

Parlamentin Xarici əlaqələr komitəsində hakimiyyətdə olan “Fidesz” Partiyası və ölkənin ikinci böyük partiyası olan “Jobbik”in deputatları parlamentdə 5 deputatla təmsil olunan Macar Yaşıllar Partiyası tərəfindən təqdim edilən layihənin əleyhinə səs veriblər.

“Jobbik” Partiyasının nümayəndəsi Marton Gyöngyösi bildirib ki, məsələni tarixçilər araşdırmalıdır: “Yüz il əvvəl baş verən, tarixçilərin fərqli baxışlara malik olduğu bir olayla bağlı deputatların fikir bildirməsinin istənilməsi məni çox narahat edir. Bu məsələ tarixçilər və hüquqşünasların öhdəsinə buraxılmalıdır. .

Qeyd edək ki. keçən il Macarıstanda Yaşıllar Partiyası tərəfindən uydurma "erməni soyqırımı" ilə bağlı təqdim edilən layihə də rədd edilib.



Әlaqәli Xәbәrlәr