İranda 12 PJAK terrorçusu zәrәrsizlәşdirildi

İranda  separatçı terror təşkilatı PKK-nın qolu  PJAK-a  qarşı hәyata keçirilәn  әmәliyyat nәticәsindә 12 terrorçu mәhv edildi.

583329
İranda 12  PJAK terrorçusu zәrәrsizlәşdirildi

İranda  separatçı terror təşkilatı PKK-nın qolu  PJAK-a  qarşı hәyata keçirilәn  әmәliyyat nәticәsindә 12 terrorçu mәhv edildi.

 İranın Sepahnews xәbәr agentliyinin  yaydığı mәlumata görә, İran İnqilab Keşikçilәri Korpusunun quru qüvvәlәrinin komandanı  Məhəmməd Pakpur İranın Kermanşah sərhəd bölgəsində terrorçularla  baş verәn qarşıdurmada  terror tәşkilatının çox sayda silah-sursatının әlә keçirildiyini bildirdi.

 M.Pakpur  ölkәyә sızmağa çalışan terrorçular ilә İran qüvvәlәri arasında qarşıdurmanın baş verdiyini söylәdi. Mәhәmmәd Pakpur  qarşıdurma nәticәsindә terrorçuların mәhv edildiyi bildirildi.

 Qarşıdurma zamanı İran İnqilab Keşikçilәri  Korpusunun  3 hәrbçisi dә yaralandı.

 



Әlaqәli Xәbәrlәr