Dünyada 385 milyon uşaq yoxsulluq içində yaşayır

İnkişaf etməkdə olan ölkələrdəki uşaqların demək olar ki, beşdən birinin ifrat yoxsulluqdan əziyyət çəkdiyini aşkar olundu.

582670
Dünyada  385 milyon uşaq yoxsulluq içində yaşayır

 Dünya Bankı Grupu və UNİCEF-in yaydıqları "İfrat Yoxsulluğa Son Qoyma: Uşaqlar Üzərində Bir Tədqiqat" adlı hesabatda inkişaf etməkdə olan ölkələrdəki uşaqların demək olar ki, beşdən birinin ifrat yoxsulluqdan əziyyət çəkdiyi bildirilir.
 
 Hesabatda 2013-cü ildə inkişaf etməkdə olan ölkələrdə uşaqların  19,5%-nin gündə orta hesabla, 1,90 dollar (təxminən 6 TL), və ya daha az gəlirə malik ailələrə aid olduğu qeyd olunur. Sözügedən nisbət böyüklər arasında 9,2 % olaraq müəyyən olunub.
 
 Dünya miqyasında təxminən 385 milyon uşağın ifrat yoxsulluq içində yaşadığı vurğulanan hesabatda, Saxaraaltı Afrika ölkələrinin uşaqlarının 50%-dən çoxunun Cənubi Asiyadakı uşaqların isə 36%-nin hədsiz yoxsulluq içində həyat uğrunda mübarizəsi apardıqları deyilir.



Әlaqәli Xәbәrlәr