Kolumbiyalılar FARC ilə sazişə "yox" deyib

Kolumbiyada keçirilən ümumxalq səsvermədə ölkə vətəndaşları "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) ilə hökumət arasında imzalanan sülh sazişinin əleyhinə səs veriblər.

581334

Səsvermədə iştirak edənlərin 50,24%  sazişə qarşı çıxıb.

Sentyabrın 27-də “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” solçu radikal təşkilatı (FARC) və Kolumbiya hökuməti arasında 50 ildən çox davam etmiş müharibədən sonra  atəşkəsə dair tarixi sülh sazişi imzalanıb.  Tərəflər ölkədə münaqişəyə son qoyulması, sabit və uzunmüddətli sülhün bərqərar olması naminə yekun razılığa gəliblər.

Kolumbiya hökuməti ilə FARC arasında silahlı münaqişə 1964-cü ildə başlayıb.

Qeyd edək ki, münaqişə 250  min nəfərin həyatına son qoyub.

Әlaqәli Xәbәrlәr