Danimarkada məscid əleyhdarı olan qadına cərimə kəsildi

Barəsində 3 min kron cərimə qərarı verilən qadın çox peşman olduğunu söyləyib.

579967
Danimarkada məscid əleyhdarı olan qadına cərimə kəsildi

Danimarkada məscid əleyhdarlarının açdığı sosial media səhifəsində məscidləri yandırmaq üçün "bir litr benzin də məndən" yazan qadın 3 min kron (təxminən 400 avro) məbləğində cərimələndi
 
 Herging Məhkəməsindən verilən açıqlamada Cinayət  Məcəlləsinin 136-ci maddəsini pozma və  provokativ hərəkətlərlə  xalqı qızışdırmada təqsirli bilinən qadına cərimə kəsildiyi qeyd olunur.
 
 Prokuror Linette Lysgaardın 60 gün həbs cəzası ilə qaldırdığı iddia əsasında keçirilən məhkəmə iclasında barəsində 3 min kron cərimə qərarı verilən qadın TV2-yə verdiyi açıqlamada sözügedən ismarıcına görə çox peşman olduğunu söyləyib.

Qeyd edək ki,  paytaxt Kopenhagendə "İslam  İnanc Cəmiyyətinə" aid bir məscid və mədəniyyət binası keçən il yandırılıb və mübahisələr nəticəsində sosial media saytlarında "məscid yandırmağa benzin bağışlama" aksiyaları başlayıb.
 
 Digər tərəfdən, iki həftə əvvəl "Danimarka İslam Cəmiyyəti Milli Görüş Təşkilatı"na (IGMG) aid Mina Hindholm internat məktəbinə bombalı hücum olub. Hücumda ölən və yaralanan yoxdur. Amma binaya maddi zərər dəyib.



Әlaqәli Xәbәrlәr