Ali Məhkəmə Krım Tatar Milli Məclisi ilə bağlı qərarı təsdiqləyib

Rusiyada Moskva Ali Məhkəməsi Krım Ali Məhkəməsinin qəbul etdiyi Krım Tatar Milli Məclisinin radikal təşkilat kimi qəbul edilməsi və Rusiyada qadağa olunması barədəki qərarı təsdiqləyib.

580159

Ukrayna prezidenti Petro Poroşenko qərarla əlaqəli reaksiyasını göstərərək deyib ki, Stalinin başlatdıqları davam edir.

Ukraynanın paytaxtı Kiyevdəki Müstəqillik meydanında Krım Tatar Milli Məclisinə dəstək olmaq məqsədi ilə nümayiş keçirilib.

Meydanda Krım tatarları, beynəlxalq və Ukrayna hüquq müdafiəçiləri təşkilatlarının nümayəndələri, Ukrayna millət vəkilləri və mülki aktivistlər toplanıb.

Nümayişçilər “Krım Tatar Milli Məclisinin qadağa olunması, xalqın qadağa edilməsidir” yazılı plakatlar dayışıblar.

Krım Tatar Milli Məclisi fəaliyyətlərinin qadağa olunması ilə əlaqəli qərar haqqında Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

Әlaqәli Xәbәrlәr