ABŞ 55 ildən sonra Kubaya səfir təyin edir

ABŞ  1961-ci ildə diplomatik əlaqələrini kəsdiyi Kubaya 55 ildən sonra ilk dəfə səfir təyin edəcək.

578443
ABŞ 55 ildən sonra Kubaya səfir təyin edir

ABŞ  1961-ci ildə diplomatik əlaqələrini kəsdiyi Kubaya 55 ildən sonra ilk dəfə səfir təyin edəcək.

 ABŞ prezidenti Barak Obama ölkənin Kubaya son 50 ildə ilk səfiri postuna Ceffri Delorentisin namizədliyini təklif edib.

Ceffri Delorentis hazırda ABŞ-ın Kubada müvəqqəti işlər müvəkkili vəzifəsini icra edir.

ABŞ qanunvericiliyinə görə, prezidentin səfir postuna irəli sürdüyü namizəd Senat tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, iki ölkə əlaqələri normallaşdırma prosesində səfirlikləri açmaq, birbaşa ticarət məqsədli reysləri başlatmaq qərarına gəlmişdi. ABŞ rəhbərliyi Kubaya istiqamətli müxtəlif iqtisadi və ticarət sahəsindəki məhdudiyyətlərə son qoymuşdu.

Obama mart ayında Kubaya səfər edərək 1928-ci ildən bəridir bu ölkəni vəzifədə ikən ziyarət edən ilk ABŞ prezidenti olmuşdu.



Әlaqәli Xәbәrlәr