Nyu-Yorkda müsǝlman günü yürüşü tǝşkil edilib
Amerika Birləşmiş Ştatlarının Nyu- York ştatında sayca 31-ci Müsəlman Günü yürüşü tǝşkil edilib.

“Allah və Ölkə Üçün” adı verilǝn və ABŞ-dakı müsəlmanların iştirakıyla Manhattanda tǝşkil edilǝn yürüşǝ qatılan qatılanlar, sülh mesajları yazılmış plakatlar açıb və müsəlman ölkələrin bayraqlarını daşıyıblar.
Tǝdbirǝ, bir çox ölkədən ABŞ-a köç etmiş müsəlmanların dini rǝhbǝrlǝrindǝn başqa digər dinlərə mənsub din adamları, New York Məclis Başçısı Melissa Mark-Viverito, dövlǝt müfəttişi Letitia James də qatılıb.
New York Polis Teşkilatında vəzifəli müsəlman polislərin də iştirak etdiklǝri yürüşdǝn sonra, FBI kütlənin toplandığı meydanda Müsəlmanların işǝ müraciət etmǝlǝri üçün stant açıb. FBI-nın ABŞ-da daha çox müsəlmanı işlǝ tǝmin etmǝyi planlaşdırdığını bildirib.
Oğlu İraqda ABŞ ordusu üçün döyüşərkən öldürülən Pakistan mǝnşǝli Xıdır Xan tǝdbirdǝ etdiyi çıxışında, ABŞ vətəndaşı Müsəlmanlara noyabr ayında keçiriləcək prezident seçkisində sǝs vermǝlǝri haqda çağırış edib.
Әlaqәli Xәbәrlәr

ÜST beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib.

Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı iki milyon 19 min 727-ni keçib.