S.Lavrov: ‘‘ABŞ Bәşәr Әsәddәn üzr istәyib’’

Rusiyanın  Xarici İşlər naziri Sergey Lavrov Vaşinqtonun  ABŞ-ın  rəhbərliyindәki  koalisiya qüvvələrinin sentyabrın 17-də Suriyanın şərqindəki Deyr әz-Zur bölgәsindә  rejimə aid hərbi bazaya endirdiyi zәrbәlәrә görә  Əsəddən üzr istədiyini deyib.

576438

Nyu-Yorkda Rusiyanın dövlәt televiziya kanalına müsahibә verәn Sergey Lavrov  ABŞ dövlәt katibi Con Kerri ilә sentyabrın 20-dә keçirdiklәri görüşdә  mәsәlәnin  gündәmә gәldiyini qeyd edәrәk: ‘‘Özlәri bu mәsәlәyә toxunundular. Xәta olduğunu dedilәr vә Rusiyanın vasitәçiliyi ilә  suriyalılardan üzr istәdilәr’’ deyib.

 Qeyd edәk ki, Obama rәhbәrliyi  ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin hava hücumu nəticəsində 62  rejim  əsgərinin həyatını itirmәsindәn dolayı  kәdәrlәndiklәrini açıqlamışdı.

Әlaqәli Xәbәrlәr