ABŞ-da polis zorakılığına görǝ aksiyalar davam edir

Amerika Birləşmiş Ştatlarının Şimali Carolina əyalətində, polis qəddarlığına görə aksiyalar davam edir

575545
ABŞ-da polis zorakılığına görǝ aksiyalar davam edir
abd'de, siyahilere polis şiddeti.jpg
abd, siyahilere polis şiddeti sürüyor.jpg
abd siyahilerin protestosu.jpg

Bir həftə ǝrzindǝ 2 qaradǝrili Amerikalının hüquqmühafizəçilər tərəfindən öldürülmǝsi hadisǝsindǝn sonra küçəlǝrǝ axışan qaradǝrililǝrin başlatdıqları aksiya üç gündür davam edir.

Qaradǝrili Keith Lamont Scottun öldürüldüyü Charlotte (ŞARLIT) ştatında tǝşkil edilǝn aksiyalar qarşıdurmaya çevrilib. Polisin müdaxilə etdiyi hadisələrdə xeyli sayda aksiyaçı yaralanıb.

Nümayişlǝrin üçüncü günündə bölgəyə xüsusi tǝyinatlı qüvvə cǝlb olunub. Bölgǝdǝ gecə yarısından etibarən sǝhǝr saat 6-ya  dǝk qadağan saatı elan edilib.

Şəhərdə daha əvvəl də, nümayişlǝr zamanı qarşıdurmalar baş verdiyi   sǝbǝbindǝn fövqəladə vǝziyyǝt elan edilmişdi.

ABŞ-da 2016-da polis tərəfindən öldürülənlərin sayının 500-ǝ çatdığı, bunların ǝksǝriyyǝtinin qaradǝrili olduğu qeyd edilir.

 



Әlaqәli Xәbәrlәr