Obama İran qanun layihəsinə veto qoyacaq

Amerika Nümayəndələr Məclisinə iyun ayında təqdim edilən qanun layihəsi qəbul edildikdən sonra Konqresin digər qanadı Senatdan da keçməli idi. Amma ...

574692
Obama İran qanun layihəsinə veto qoyacaq

  Ağ Ev, Amerika Nümayəndələr Məclisi İranla əlaqədar, yüksək səviyyəli idarəçilərin mal varlıqlarının ifşasını nəzərdə tutan qanun layihəsinə prezident Barak Obama tərəfindən "nüvə müqaviləsi zəmininə zərər verəcəyi” səbəbiylə veto qoyulacağını açıqlayıb.

  Amerika Nümayəndələr Məclisinə iyun ayında təqdim edilən qanun layihəsi qəbul edildikdən sonra Konqresin digər qanadı Senatdan da keçməli idi. Amma bu iki mərhələdən sonra Obamanın masasına gələcək qanun layihəsinin “İranla nüvə razılaşma zəmininə və Vaşinqtonun öhdəliklərə zərər verə biləcəyi” narahatlığına görə veto qoyulacağı bildirilib.

  Bu arada Ağ Ev yenə Respublikaçı millət vəkilləri tərəfindən hazırlanan və Nümayəndələr Məclisinə təqdim edilən "Gələcəkdə İrana fidyə ödənilməsinin qarşısı alınmalıdır" başlıqlı qanun layihəsinə də sərt reaksiya göstərib. Respublikaçılar Vaşinqtonun yanvar ayında İranın 4 amerikalı məhbusu azad etdikdən sonra Tehrana göndərdiyi pulu "fidyə" adlandırıb və bundan sonra Vaşinqton rəhbərliyinin bu cür ödəmələrə getməməsini məsləhət görüb. Ağ Ev isə Tehrana göndərilən pulun "fidyə" olmadığını bildirib və bu cümlələri qeyd edib: "Amerika rəhbərliyi kəskin şəkildə bu düşüncəsiz qanun layihəsinə qarşıdır". Buna görə Ağ Ev hesab edir ki, bu qanun layihəsi dəyirmi masaya (Oval Ofis) gələrsə, Barak Obama ona veto qoyacaq.



Әlaqәli Xәbәrlәr