ABŞ-ın PYD-yә daha çox silah vermәyә hazırlaşdığı iddia edilir

Amerika rәhbәrliyinin  separatçı terror təşkilatı PKK-nın Suriyadakı  davamı  PYD-yә  daha çox  silah vermәyә hazırlaşdığı iddia edilib.

575215
ABŞ-ın PYD-yә daha çox silah vermәyә hazırlaşdığı iddia edilir

ABŞ-ın ‘‘Nyu-York Tayms’’ qәzetindә dәrc olunan  analizdә prezident Barak Obamanın  Milli Tәhlükәsizlik Agentliyinә terror tәşkilatı DAEŞ-lә  mübarizәnin  sürәtlәndirilmәsi mәqsәdilә  PYD-yә daha çox  silah verilmәsi barәdә  tapşırıq verdiyi bildirilir.

Analitik yazıda  prezidentlik müddәti bitmәzdәn әvvәl Rakkanın  DAEŞ-dәn azad edilmәsini istәyәn Obamanın  bu sәrәncamının Türkiyә ilә yaşanacaq yeni bir kritik  dövrün başlaması mәnasına gәldiyi iddia olunur.

ABŞ rәsmilәri isә  mövzunun ali sәviyyәdә müzakirә olunmadığını qeyd edir.

ABŞ-ın  Mərkəzi  Komandanlığından sızan məlumatlara görə, plan həyata keçirilәrsә,  terror  tәşkilatı PYD-yә  yüngül silahlarla yanaşı  iri çaplı silahlar da verilәcәk.

ABŞ helikopterlәri aprel ayında Suriyanın Rümeylan  bölgәsindәki ABŞ-a aid bazaya enәrәk tәşkilatın  maşın  konvoyuna  böyük miqdarda  hərbi lәvazimat  yüklәmişdi.



Әlaqәli Xәbәrlәr