Fransa  ilǝ İngiltǝrǝ arasında divar tikilir

Fransa ilə Böyük Britaniyanı bir-birinə bağlayan Calais Limanının girişinə divar tikilir

574115
Fransa  ilǝ İngiltǝrǝ arasında divar tikilir

Calais düşǝrgǝsindǝ qalan 10 minǝ qǝdǝr qaçqının qaçaq yollardan İngiltərəyə daxil olmalarının qarşısını almaq mǝqsǝdiylǝ divar tikilmǝsinǝ başlandığı bildirilir.

Fransa və Böyük Britaniya rǝsmilǝri tǝrǝfindǝn Aprel ayında qǝbul edilǝ qǝrar çǝrçivǝsindǝ tikilmǝsinǝ başlanan divarın uzunluğu 1 kilometr, hündürlüyü isə 4 metr olacaq.

Calais şǝhǝr icra hakimiyyǝtindǝn verilǝn mǝlumata görǝ cari ilin sonuna dǝk tamamlanacaq olan tikinti İngiltǝrǝ tǝrǝfindǝn maliyyǝlǝşdirilǝcǝk. 2,7 milyon avro xǝrclǝnǝcǝk olan divar işıqlandırılacaq vǝ günün 24 saatı kamera aparatlarla izlǝnilǝcǝk.



Әlaqәli Xәbәrlәr