Dünya liderləri qlobal problemləri müzakirə etmək məqsədi ilə Nyu-Yorkda bir araya gəlir

BMT Baş Assambleyasının 71-ci sessiyasında qlobal problemlər müzakirə ediləcək.

572642
Dünya liderləri qlobal problemləri müzakirə etmək məqsədi ilə Nyu-Yorkda bir araya gəlir

Dünya liderləri qlobal problemləri müzakirə etmək məqsədi ilə BMT Baş Assambleyasının 71-ci sessiyasında Nyu-Yorkda bir araya gələcək.

Bu həftə başlayacaq görüşlərdə 135-ə yaxın dövlət və hökumət başçısının iştirak edəcəyi gözlənilir.

Yüksək səviyyəli diplomatiya həftəsində bu il önə çıxarılması gözlənilən mövzular sırasında miqrant və qaçqınlar məsələsi ilə Suriya böhranı ilk yeri tutur.

Həmin çərçivədə bugün “BMT qaçqın və miqrantlar zirvəsi” keçiriləcək. Yığıncaqda həm ölkələrin dəstəkləri dilə gətiriləcək həm də bu sahədə atılacaq  addımlar üçün hazırlanan “ Nyu-York bəyannaməsi” qəbul ediləcək.

Türkiyəni Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığında heyətin təmsil edəcəyi həftədə ABŞ prezidenti Barak Obama və BMT Baş katibinin vəzifə müddətləri bu il başa çatacağı üçün iki siyasi xadim mövcud vəzifələri çərçivəsində son dəfə bu yığıncaqlarda iştirak edəcəklər.

Zirvə yığıncaqlarında ilk çıxışlar isə səntyabrın 20-si başlayacaq. İlk gün Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, İngiltərə Baş naziri Tereza Meyin də daxil olduğu 36 dövlət və hökumət başçısı BMT Baş Assambleyasının sessiyasında çıxış edəcəklər.

İştirakçıların qlobal problemlərə dair düşüncələrini şərh edəcəkləri çıxışlar 26 sentybr tarixində başa çatacaq.

Diplomatiya həftəsində iqlim dəyişikliyi ilə mübarizə məsələsi də  müzakirə ediləcək digər önəmli məsələlər sırasındadır. BMT Baş katibi Pan Gi Mun ilin axırında vəzifədən ayrılmadan aprel ayında 195 ölkənin imzaladığı “Paris iqlim sazişi”nin qüvvəyə minməsini məqsəd götürüb.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Halit Çevik “BMT qaçqın və miqrantlar” zirvəsinin Türkiyədə baş tutan “Dünya humanitar zirvəsi”nin təqib edilməsi baxımından xeyli əhəmiyyətli olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr