Brüsseldə bu dəfə məntiq qələbə çaldı

Brüssel Bələdiyyəsi “Kürd mədəniyyət həftəsi” tədbirini ləğv edib.

572814
Brüsseldə bu dəfə məntiq qələbə çaldı

Belçikanın paytaxtı Brüsseldə bu dəfə məntiq qələbə çaldı.

Brüssel Bələdiyyəsi terror təşkilatı PKK-ya yaxınlığı ilə tanınmış dərnəklərin təşkil etməyi planlaşdırdığı qondarma “Kürd mədəniyyət həftəsi” tədbirini son anda ləğv edib.

22 sentyabrda cari il 3-cü dəfə təşkil edilməsi planlaşdırılan və terror təşkilatı PKK tərəfdarlarının iştirak etdiyi “Kürd mədəniyyət həftəsi” tədbirini ləğv edən Bələdiyyə sədri Yvan Mayeur bu qərara gəlməsində hər hansı səbəb irəli sürməyib.

Qeyd edək ki, Brüssel Bələdiyyəsi 18 martda keçirilən Türkiyə-Avropa İttifaqı zirvəsi zamanı terror təşkilatı PKK-nın Avropa İttifaqı Şurası binasının arxasında çadır qurmasına icazə vermiş, hadisə Türkiyənin sərt reaksiya göstərməsinə səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr