Fransada yeni əmək qanunu layihəsinə qarşı mitinqlər keçirildi

Yeni əmək qanununu "qazanılmış hüquqların əldən alınması" kimi şərh edən etirazçılar Fransada bir neçə aydır kütləvi aksiyalar keçiriirlər.

571330
Fransada yeni əmək qanunu layihəsinə qarşı mitinqlər keçirildi

  Paytaxt Parislə yanaşı Rennes, Lyon, Nantes kimi bir sıra şəhərdə yeni əmək qanununa qarşı olan minlərlə insan  küçələri doldurdu.
 
 Fransızlar həmkarlar ittifaqlarının çağırışı ilə çevik iş qrafiki, iş saatlarının uzanması, işdən çıxarmanın asanlaşdırılması, sığortasız işçi kimi dəyişiklikləri gətirən qanuna etiraz etmək üçün yenə küçələrdə idilər.
 
 Etiraz yürüşlərinin nümayişçiləri arasında olan bəzi qruplar polisə molotov kokteyli, daş və şüşə butulkalar atdılar.
 
 Polislər də nümayişçilərə qarşı  gözyaşardıcı qazdan istifadə etdilər. 
 
Polislə nümayişçilər arasındakı toqquşmalar nəticəsində çox sayda insan yaralandı, bir çoxu da nəzarətə alındı.
 
 Yeni əmək qanununu "qazanılmış hüquqların əldən alınması" kimi şərh edən etirazçılar Fransada bir neçə aydır kütləvi aksiyalar keçiriirlər.



Әlaqәli Xәbәrlәr