Bratislava Aİ liderlər sammitinə ev sahibliyi edir

İngiltərənin dəvət edilmədiyi bir günlük liderlər sammitindən hər hansı bir qərarın qəbul olunması gözlənilmir.

571294
Bratislava Aİ liderlər sammitinə ev sahibliyi edir

Avropa İttifaqının dönəm sədri Slovakiyanın paytaxtı Bratislava Aİ liderlər sammitinə  ev sahibliyi edir.
 
 İngiltərənin ittifaqdan ayrılma qərarı, arxa-arxaya baş verən terror hücumları və qaçqın böhranı səbəblərindən çətin bir dövrdən keçən Aİ-nın gələcək planları sammitdə müzakirə olunacaq.
 
 İngiltərənin dəvət edilmədiyi bir günlük sammitdən  hər hansı bir qərarın qəbul olunması gözlənilmir.
 
 Avropa İttifaqı Şurasının sədri Donald Tusk Bratislavaya gəlişində verdiyi açıqlamada:"İttifaqın keçirdiyi böhran şəraitinin yayılmasına imkan verməməliyik" dedi.
 
 Almaniya kansleri Angela Merkel və Fransa prezidenti François Hollande  Bratislava sammitindən əvvəl Parisdə görüşdülər.
 
 İki lider Avropa İttifaqının üzləşdiyi böhrandan çıxa bilməsi və yenidən güc qazanması üçün birgə mövqe əldə etməyə çalışdılar.
 
 Liderlər xüsusilə qaçqın böhranı və terror hücumları ilə əlaqədar sərhəd təhlükəsizliyinin təmin olunması məsələlərinin əhəmiyyətini qeyd etdilər.
 
Aİ liderləri Bratislava sammitindən sonra yeni ildə Maltada bir araya gələcəklər.



Әlaqәli Xәbәrlәr