ABŞ-da 13 yaşlı qaradərili uşaq polisin qurbanı oldu

Amerika Birləşmiş Ştatlarında  böyük mübahisələrə yol açan ağdərili polis zorakılığının son qurbanı 13 yaşlı uşaq oldu.

571298
ABŞ-da 13 yaşlı qaradərili uşaq  polisin qurbanı oldu

Ohayo ştatının Columbus şəhərində silahlı soyğun barədə məlumat alaraq hadisə yerinə gedən polis Tyree Kinq adlı 13 yaşlı qaradərili uşağı silahla vuraraq öldürdü.
 
 Polis rəsmilərinin açıqlamasına görə, patrul dəstələri şübhəli bilinən 3 nəfəri nəzarətə almaq istərkən baş verən qovalamada şübhəlilərdən birinin "silah çəkdiyini" düşünən polis atəş açıb.
 
 Lakin sonra uşağın üzərindən çıxan silahın oyuncaq olduğu məlum olub.
 
New Yorkda isə ödənməmiş park cərimələri səbəbindən avtomobilinin polis tərəfindən çəkilməsinə etiraz edən bir nəfər qəssab bıçağı ilə polisə hücum edərək onu yaralayıb..
 
 Polis rəsmilərinin məlumatına görə, 32 yaşlı təcavüzkara üç polis18 dəfə atəş açıb.
 
Məlumatda, təcavüzkarın və yaraladığı polisin xəstəxanada müalicə olunduğu bildirilir.



Әlaqәli Xәbәrlәr