Şimali Koreya yenə heç kimi saymadı

Şimali Koreya dövlətinin qurulmasının 68-ci ildönümü münasibətilə  yenə nüvə sınağı həyata keçirib

568783
Şimali Koreya yenə heç kimi saymadı

  Birləşmiş Millətlər Təşkilatı (BMT) və Amerika Birləşmiş Ştatları (ABŞ) Pyonqyang rəhbərliyinin hərəkətlərini ən sərt şəkildə qınayıb.

  BMT-nin Baş katibi Ban Ki Mun Təhlükəsizlik Şurasına bölgədə lazımi tədbirlər görmək çağırışı edib və beynəlxalq cəmiyyətə Şimali Koreyanın nüvə silahı və ballistik raket texnologiyasına qarşı birlik nümayişi üçün səslənib.

  ABŞ prezidenti Barak Obama Şimali Koreyanı “məsuliyyətsiz” adlandırıb, Pyonqyang rəhbərliyinə yeni sanksiya addımları atacaqlarını bildirib.

  İsveçrənin Cenevrə şəhərində Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Amerikalı həmkarı Con Kerri də Şimali Koreyanın nüvə sınaqlarıyla bağlı narahatlıqlarını dilə gətiriblər.

  Qeyd edək ki, BMT 2006-cı ildən bəri Şimali Koreyaya sanksiya tətbiq edir. 2016-cı ilin əvvəlindən isə bu qadağalaraı daha da artırıb.

  Bildirək ki, Şimali Koreya rəhbərliyi dünən gecə nüvə döyüş başlıqlarının gücünü yoxlamaq üçün etdiyi nüvə partlama sınağının müvəffəqiyyətli olduğunu açıqlayıb və ən böyük nüvə sınağının 5,3 böyüklüyündə bir yer sarsıntısı yaratdığını bildirib.



Әlaqәli Xәbәrlәr