Ş.Koreya Xalq Demokratik Respublikasının nüvǝ sınağına reaksiyalar davam edir

Şimali  Koreya  Xalq  Demokratik  Respublikası Nüvə Silahı İnstitutu sınağın  reallaşdırıldığını   tǝsdiqlǝyib.

568290
Ş.Koreya Xalq Demokratik Respublikasının nüvǝ sınağına reaksiyalar davam edir

Sınağın keçirilməsində məqsədin strateji ballistik raketlərə quraşdırılması planlaşdırılan standartlaşdırılmış nüvə başlıqlarının hərbi tətbiqi parametrləri barədə məlumat əldə edilməsi olaraq  açıqlanıb.

Sınaq Şimali Koreya Fəhlə Partiyası tərəfindən təsdiq edilmiş strateji nüvə qüvvələrinin yaradılması barədə planın icrası çərçivəsində baş tutub.

Raket  sınağı   xǝbǝrinin   yayılmasından  dǝrhal   sonra  Cənubi Koreya Dövlət Başçısı Park Geun-hye, Cǝnub-şǝrq Asiya Ölkələri Birliyi   sammitinǝ qatılmaq  üzrǝ  sǝfǝrdǝ  olduğu   Laosdan  ayrılaraq   ölkǝsinǝ  qayıdıb. 

prezident Park Geun-hye,   Şimali  Koreya lideri Kim Jongun  izlǝdiyi  siyasǝtdǝn  tǝnqid  edib  vǝ sınağın beynəlxalq cəmiyyət   üçün tǝhdid  olduğunu, bu  sǝbǝbdǝn  Şimali  Koreyaya  daha ağır  sanksiya tǝtbiq  edilmǝsinin  lazım  gǝldiyini  vurğulayıb. 

Yaponiya baş naziri Shinzo Abe də sınağın qǝbul edilmǝz  olduğunu  ifadǝ  edǝrǝk    Tokio rəhbərliyinin  radiasiya   miqdarının  ölçülməsi mǝqsǝdiylǝ  bölgəyə təyyarə  göndǝrdiyini  bildirib. 

 Qeyd edək ki, daha əvvəl Cənubi Koreya hökumətindəki mənbə Şimali Koreyanın ölkənin yaranması günü münasibətilə nüvə sınağı keçirməsi barədə məlumat yaymışdı.

 



Әlaqәli Xәbәrlәr