Qǝzaya  uğrayan  tǝyyarǝnin  düşdüyü  yer tapılıb

Makedoniyanın paytaxtı Skopye yaxınlığında uçuş ǝsnasında radardan xaric olan Almaniyaya mǝxsus təyyarənin düşdüyü yer tǝyin olunub.

566701
Qǝzaya  uğrayan  tǝyyarǝnin  düşdüyü  yer tapılıb

Makedoniya Daxili İşlər Nazirliyininin mövzu ilǝ bağlı açıqlamasında təyyarənin Skopye-nin Katlanovo rayonuna 6 kilometr mǝsafǝdǝ yerlǝşǝn Kojle kəndindǝ bir ǝraziyǝ düşdüyünün təsbit edildiyi bildirilib.

Təyyarə heyǝtinin sağlamlıq vəziyyəti ilǝ əlaqədar məlumat verilməyən açıqlamada hadisǝnin baş verdiyi yerǝ tibbi yardım dǝstǝsi vǝ təhlükəsizlik qüvvǝlǝri cǝlb olunub.

Daxili İşlər Nazirliyinin sözçüsü Dejana Nedelkovic, təyyarədə 4-ü İtaliya, 2-i Kosovo vətəndaşı olmaqla 6 nǝfǝrin olduğunu bildirib.

Nedelkovic, bu kəslərin Kosovanın paytaxtı Priştine'de getmək üzrə İtalyanın Treviso şəhərindən havalandığını ifadə etdi.

 



Әlaqәli Xәbәrlәr