Angela Merkel qaçqınlar üçün daha çox işlərin görülməsi lazım olduğunu bildirdi

Almaniya kansleri Angela Merkel Türkiyə ilə bağlanan qaçqınlar barəsində müqavilənin hər iki ölkənin mənfəətinə uyğun olduğunu bildirdi.

567148
Angela Merkel qaçqınlar üçün daha çox işlərin görülməsi lazım olduğunu bildirdi

 Merkel qaçqınlar üçün daha çox işlərin görülməsi lazım olduğunu vurğuladı.
 
 Angela Merkel hökumətin qaçqın böhranının öhdəsindən gəlmədiyi ittihamını rədd etdi.
 
 Merkel  2017-ci maliyyə ili büdcəsinin müzakirə olunduğu məclis iclasındakı çıxışında vəziyyətin bir il əvvəlkinə nisbətən daha yaxşı olduğunu, lakin daha çox işlərin görülməsi  lazım olduğunu söylədi.
 
 Federal hökumətin daxili təhlükəsizlik sahəsində əlavə tədbirlər görəcəyini bildirən Almaniya kansleri: "Təhlükəsizliyin təminat altına alınması üçün əldən gələnin edilməsini istəmək cəmiyyətin haqqıdır" dedi.
 
 Türkiyə ilə əldə olunan qaçqınların geri qəbulu haqqında Türkiyə ilə əldə olunan  razılığın  hər iki ölkənin mənfəətinə uyğun olduğunu bildirən Merkel,o tarixdən bu günədək Egey dənizində heç bir itki olmadığını qeyd etdi.
 
Müqavilənin Misir, Tunis və Liviya ilə bağlanmasına çalışılan müqavilələrə nümunə olacağını vurğulayan Almaniya kansleri Türkiyə ilə əlaqədar olaraq:"İnsan haqları pozularsa, adını qoyarıq. Hərbi çevriliş təşəbbüsü uğursuzluğa uğrayarsa, uğursuzluğa düçar olması yaxşı oldu, deyərik" dedi.
 
 



Әlaqәli Xәbәrlәr