Yəməndə toqquşma və edilən hücumlarda 11 nəfər həlak olub

Yəmənin Taiz və Marib şəhərlərində baş verən toqquşma və edilən hücumlarda 11 nəfər həlak olub, 26 nəfər yaralanıb.

565952
Yəməndə toqquşma və edilən hücumlarda 11 nəfər həlak olub

   Hökumət tərəfdarı Xalq Müqavimət Qüvvələri (XMQ) tərəfindən verilən açıqlamada bildirilib ki, “Husilərin Taizə bağlı Han dağı bölgəsini ələ keçirmək məqsədilə etdiyi hücumda 1 əsgər ölüb, Əd-Dabab bölgəsində isə tərəflər arasında baş verən qarşıdurmada 9 husi həyatını itirib”.

  Husilərin şəhər mərkəzindəki məntəqələrə raket və top atəşilə etdiyi hücumlarda dinc vətəndaşlardan biri ölüb, 6-sı yaralanıb.

  Maribdə isə Milli Ordu Qüvvələrinin yerləşdiyi bölgədə yola yerləşdirilən bombanın partlaması nəticəsində 20 əsgər yaralanıb.

  Hücumun məsuliyyətini hələ üzərinə götürən olmayıb.  



Әlaqәli Xәbәrlәr