Putin ilǝ Obama Suriya  mǝsǝlǝsini müzakirǝ  edib

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama Çindǝ keçirilǝn  “Böyük İyirmilik” sammiti çərçivəsində   bir araya  gǝlib. Danışıqlar Xançjoudakı sərgi mərkəzində baş tutub.

565663
Putin ilǝ Obama Suriya  mǝsǝlǝsini müzakirǝ  edib

Əvvəlcǝ heyətlər arası danışıqlara  başçılıq edən, daha sonra tǝk-bǝtǝk  görüşən Obama və Putin, Suriya və Ukrayna mövzularını müzakirə edib.

Bir saatdan çox davam edǝn  danışıqlarda  Rusiyanın  vitse-prezidenti  Yuri Uşakov, mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Serqey Lavrov, ABŞ-dan  isǝ  dövlət katibi   Con  Kerry iştirak   ediblər.

Kremlin mətbuat  nümayǝndǝsi   Dmitri Peskov, Putin və Obama   arasındakı  danışıqların   planlanandan daha uzun və yaxşı   olduğunu ifadǝ  edǝrkǝn,  Ağ Evin rəsmisi də iki liderin Suriyada şiddətin azaldılması, hümanitar   yardım  təmin edilməsi, Əl-Qaidə, Əl Nusra və DEAŞ-a  qarşı   mübarizə mövzularında razılıq  ǝldǝ   edilmǝsi   uğrundakı   sǝylǝrin   tǝhlil  edildiyini  bildirib. Onun  sözlǝrinǝ   görǝ  sǝhǝr   radǝlǝrindǝ  ABŞ  dövlǝt  katibi   Kerry və Lavrov  arasında  baş  tutan   danışıqlar  daxil  olmaqla  görüşlǝrdǝ   gündǝmǝ   daxil  edilǝn   bir  çox  mövzu  ilǝ bağlı  ortaq  mǝxrǝcǝ   gǝlinǝ  bilǝcǝyi  fikrinin   yarandığı  vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr