Prezident Mustafa Akıncı ilǝ Rum lider Nikos Anastasiadis arasında görüş olub

Şimali Kıbrıs Türk Respublikası prezidenti Mustafa Akıncı vǝ Rum İcmasının lideri Nikos Anastasiadis, davam edən müzakirələr çərçivəsində ara bölgədə bir araya gǝlib.

564033
Prezident Mustafa Akıncı ilǝ Rum lider Nikos Anastasiadis arasında görüş olub

BMT Baş katibinin Kıbrıs üzrǝ xüsusi nümayǝndǝsi Espen Barth Eidenin ev sahibliyi etdiyi görüş, BMT-nin ara bölgədəki Yaxşı Niyyət Missiyası Ofisində baş tutub.

Təxminən üç il yarımdır davam edǝn müzakirǝlǝr çǝrçivǝsindǝ baş tutan növbǝti görüşə, müzakirǝlǝrdǝ Türk tǝrǝfini tǝmsil edǝn Özdil Nami, Rum ekspert Andreas Mavroyannis vǝ digər səlahiyyətlilər dǝ qatılıb.

Jurnalistlǝrǝ qapalı baş tutan görüşdǝn sonra açıqlama verilmǝyib.

Xatırladaq ki, Kıbrısda Akıncı prezident postuna seçildikdǝn sonra 15 May 2015-ci il yenidən başlayan müzakirələr intensiv davam edir.



Әlaqәli Xәbәrlәr