“Apple” vergi cəzası ödəməyə məcbur edilir

Avropa İttifaqı Komissiyası “Apple” şirkətinə açılan, 3 ildir davam edən istintaqın sonunda qərarını açıqlayıb

561989
“Apple” vergi cəzası ödəməyə məcbur edilir

  Komissiya şirkətin İrlandiya hökumətinə 13 milyard avro vergi cəzası ödəməsinə qərar verib.

  “Apple” İrlandiyada hökumətlə xüsusi müqavilələr bağlayaraq şirkətləri vasitəsilə etibarlı Matrah vergisini ödədiyini bildirib. “Apple”-in idarəçisi Tim Kuk onu da deyib ki, 5500 adamının çalışdığı İrlandiyada bütün vergiləri ödəyiblər.

  “Apple” və İrlandiya hökuməti qərara etiraz edəcəklərini bildirib.

  Amerika Xəzinə Nazirliyindən edilən şərhdə deyilir ki, Komissiyanın qərarı xarici investisiyalar üzərində mənfi təsir yaradacaq.



Әlaqәli Xәbәrlәr