Norveçdə yaşayan Türklər çevriliş cəhdinə etirazlarını  bildiriblər

Norveçdə yaşayan Türklər paytaxt Osloda keçirdikləri yürüşdə həm çevriliş cəhdinə etirazlarını  bildiriblər həm də terror təşkilatlarına reaksiya göstəriblər.

560975
Norveçdə yaşayan Türklər  çevriliş cəhdinə etirazlarını  bildiriblər
norveç'te türkler darbe ve teröre karşı yürüdü.jpg
norveç'te türkler darbe ve teröre karşı yürüdü.jpg

Norveçdə yaşayan Türklər paytaxt Osloda keçirdikləri yürüşdə həm çevriliş cəhdinə etirazlarını  bildiriblər həm də terror təşkilatlarına reaksiya göstəriblər.

Norveç Türk Cəmiyyətləri Federasiyası tərəfindən təşkil edilən yürüş Youngstorget meydanında İstiklal himninin oxunması və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Yürüşdə tez-tez 15 iyulda çevrilişə cəhd edən Fətullahçı Terror Təştilatı (FETÖ) ilə yanaşı PKK, YPG, DAEŞ əleyhinə şüarlar səsləndirilib. Yürüşdə Türk vətəndaşları ilə yanaşı norveçli siyasi xadimlər və Türk qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.

Terror təşkilatları ilə yanaşı demokratik seçkilərlə hakimiyyətə gələn mülki idarələri devirməyə cəhd göstərən çevrilişçilərə etiraz edilən yürüş Norveç məclis binasının qabağında sona çatıb.

Norveç Türk Cəmiyyətləri Federasiyasının sədri Haticə Əlmacıoğlu açıqlama verərək deyib ki, çevriliş cəhdinin millət olaraq əleyhinəyik. Ölkəmiz və dövlətimiz içində yerləşən FETÖ-nü qınayırıq. Hal-hazırda təşkilatda olanları da bu təşkilatdan ayrılmağa çağırırıq. Xüsusilə Avropa mediası bilərək  Türkiyəni qaralayan yalan xəbərlər yayır. Media bundan imtina etməlidir.



Әlaqәli Xәbәrlәr