Kolumbiyada tarixi gün yaşanır

Hökumət ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvlǝr (FARC) arasında daimi atəşkəs razılaşması imzalandı.

561257
Kolumbiyada tarixi gün yaşanır

Kolumbiya prezidenti Xuan Manuel Santos, orduya  tǝlimat verib ki,  FARC-a qarşı həyata keçirilən bütün hərbi əməliyyatları dayandırsın. 

Timoleon Jimenez vǝ ya Timoçenko olaraq da bilinən ‘FARC’ lideri Rodrigo Londono da bütün döyüşçülǝrindǝn qarşıdurmalara son qaymalarını istǝyib.

Timoçenko Jurnalistlərə verdiyi açıqlamada “Bütün komandirlǝrimiz vǝ döyüşçülǝrimizdǝn Kolumbiya dövləti ǝleyhindǝ mübarizǝni yekunlaşdırmalarını tǝlǝb edirǝm” deyǝ vurğulayıb.

Qeyd edǝk ki, Tərəflər arasındakı sülh müzakirǝlǝri 4 ildirdǝn bǝri davam edirdi. Müzakirǝlǝrǝ ev sahibliyi edǝn ölkǝ isǝ Kuba idi.

2 oktyabrda referanduma çıxarılacaq sürh müqavilǝsinǝ görǝ FARC tǝrk silah edǝrǝk fǝaliyyǝtlǝrini sisayi zǝmindǝ davam etdirǝcǝk.

52 ildǝn bǝri ölkədə davam edən qarşıdurmalarda 260 min nǝfǝr hǝyatını itirib.



Әlaqәli Xәbәrlәr