Beynəlxalq Schwechat hava limanında izdiham yaranıb

Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Schwechat (ŞİVEHAT) hava limanında baş verən texniki nasazlıq sǝbǝbindǝn çox reys ləğv edilib.

561107
Beynəlxalq Schwechat hava limanında  izdiham yaranıb
viyana havalimanında teknik arıza kaosu.jpg
viyana havalimanında teknik arıza kaosu.jpg

Hava limanı rǝhbǝrliyindǝn verilǝn açıqlamada, Avropa uçuşlara nǝzarǝt  idarǝsi  ilǝ Avstriya  hava  nǝzarǝt  idarǝsi  arasında uçuş məlumatlarının ötürülmǝsi ilǝ bağlı texniki problem yarandığı vǝ bu sǝbǝbdǝn bir çox reysin lǝğv edildiyi bildirilib.

Problemin nə zaman hǝll edilǝcǝyinǝ dair konkret mǝlumat verilmǝyǝn açıqlamada sərnişinlərdǝn hava limanına gəlməzdən əvvəl əlaqədar Havayollarıyla ǝlaqǝ saxlamaları tǝlǝb edilib.

Texniki problem səbəbiylə çox sayda uçuşun ləğv edildiyi üçün izdiham yaranan hava limanında qapalı qalan sərnişinlər üçün 500 çarpayı yerlǝşdirilib.



Әlaqәli Xәbәrlәr