Kolumbiyada 52 ildir davam edən müharibə başa çatdı

Kolumbiyada 52 ildir davam edən silahlı qarşıdurmalarda 220 mindən çox insan həyatını itirib.

558806
Kolumbiyada 52 ildir davam edən müharibə başa çatdı

Kolumbiyada 52 ildir davam edən vətəndaş müharibəsi başa çatıb.  

Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) ilə Kolumbiya hökuməti arasında təxminən 4 ildir Kubada aparılan danışıqlarda son razılaşma əldə olunub.

52 illik döyüşü bitirən "tarixi" sülh müqaviləsi Kubanın paytaxtı Havanada imzalanıb.

İmza mərasimindən sonra verilən birgə açıqlamada: “Son, tam və qəti bir razılaşma qeydə alındı” – deyə bildirilib.

Sentyabr ayının sonu və ya oktyabr ayının əvvəlində hər iki tərəf arasında yenidən görüşlər olacaq.

Bundan sonra isə Kolumbiya hökuməti ilə FARC arasındakı sülh prosesinə nəzarət etmək üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi missiyasının bu bölgədə işlərə başlanması gözlənilir.

Sülh prosesi eyni zamanda, əksəriyyəti Latın Amerikası və Karib Ölkələri Birliklərindən gələcək silahsız müşahidəçilər tərəfindən da izləniləcək.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama Kolumbiya prezidenti Xuan Manuel Santosa zəng edərək, sülh razılaşmasına görə təbrik edib.

ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən terror təşkilatı olaraq qəbul edilən və silahlı döyüşçü sayı bir zamanlar 17 minə yaxın olan FARC-ın hal-hazırda 7 minə yaxın silahlısı var.

Kolumbiyada 52 ildir davam edən silahlı qarşıdurmalarda 220 mindən çox insan həyatını itirib, 6 milyona yaxın adam isə təhlükəsizliklərini təmin etmək üçün evlərini tərk etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr