“İsveçrədə İslam rəsmi din olmalıdır” təklifi gəldi

İsveçrə Sosial Demokrat Partiyasının lideri Kristian Levrat İslamın rəsmi din olaraq tanınması təklifini irəli sürüb

557918
“İsveçrədə İslam rəsmi din olmalıdır” təklifi gəldi

  İsveçrənin “Sonntags Zeitung” qəzetinə müsahibəsində Levrat İslamın rəsmi din olaraq qəbul edilməsi və konstitusiyada yer almasının müzakirəyə çıxarılmasının lazım olduğunu söyləyib.

  "İslam rəsmi din olaraq tanınarsa, din adamlarının təhsilinin maliyyəsi İsveçrə tərəfindən qarşılanacaq, xaricdən dəstək istənilməyəcək" deyən Kristian Levrat: "İsveçrəyə xas bir İslam dini ola bilər mi? Bunu müzakirə edəcəyik", - söyləyib.

  Təklifə “20 Minuten” qəzeti də səhifələrində yer ayırıb və "İsveçrədə İslam rəsmi din olmalıdırmı?" şəklində anket təşkil edib.



Әlaqәli Xәbәrlәr