ABŞ vǝ Yunanıstan Cerablusa ǝmǝliyyatla bağlı münasibǝt bildirib

Amerika Birləşmiş Ştatları (ABŞ) və Yunanıstan Türk Silahlı Qüvvələrinin Suriyanın Cerablus bölgəsini terror təşkilatı DEAŞ-dan azad etmǝk üçün başlatdığı əməliyyata münasibǝt bildiriblǝr.

558177
ABŞ vǝ Yunanıstan Cerablusa ǝmǝliyyatla bağlı münasibǝt bildirib

ABŞ dövlǝt departametninin nümayǝndǝsi Mark Toner, təzyiqin artmasına sǝbǝb olacaq addımlardan imtina edilmǝsinin, əsl düşmənin DEAŞ olduğunun gözdǝn yayındırılmamasının lazım gǝldiyini, bu barǝdǝ Türkiyǝnin rǝsmilǝri vǝ Suriya Demokratik Qüvvǝlǝrinin nümayǝndǝlǝri ilǝ danışıqların  davam  etdiyini  bildirib. 

Reutersin mǝlumatına görǝ Amerikalı bir sǝlahiyyǝtli dǝ rǝsmi Vaşinqtonun NATO müttefikiyle hǝmrǝylik çǝrçivǝsindǝ hərəkət edəcəyini deyib.   

Yunanıstanın mövzu ilǝ bağlı açıqlamasında isǝ bildirilib ki, Cerablusa nǝzarǝtin YPG-yǝ keçmǝsi halında, Suriyada İraqdakı kimi muxtar kürd bölgə yaradılması ehtimalı güclǝnǝcǝk. Türkiyə isǝ bunun qarşısını almaq üçün əməliyyat başladıb



Әlaqәli Xәbәrlәr