Selin ABŞ-a vurduğu ziyan açıqlanıb

Sel nəticəsində 13 nəfər həyatını itirib, təxminən 60 min ev dağılıb, minlərlə insan sığınacaqlara sığınmaq məcburiyyətində qalıb.

556666
Selin ABŞ-a vurduğu ziyan açıqlanıb

ABŞ-ın Luiziana ştatında bir həftə əvvəl baş verən təbii fəlakətin vurduğu ziyan hesablanıb. Sel nəticəsində 13 nəfər həyatını itirib, təxminən 60 min ev dağılıb, minlərlə insan sığınacaqlara sığınmaq məcburiyyətində qalıb. Avtomagistrallar bağlı olduğu üçün digər ştatlara getmək mümkün deyil.

Təbii fəlakətdən sonra 102 min nəfər fövqəladə yardım məqsədi ilə qeydiyyata alınıb, 3 min nəfər isə hələ də sığınacaqlarda qalır.

2012-ci ildə New Cersi və New Yorkda böyük dağıntılara və 74 nəfərin ölümünə səbəb olan Sandi qasırğasının vurduğu ziyan 75 milyard dollar dəyərində idi.

Luizianada sel fəlakəti yaşanarkən prezident Barak Obamanın Massaçusets ştatında yerləşən bir adada 16 günlük ailə tətilinə ara verməməsi tənqidlərə səbəb olmuşdu.

Obamanın tətilinə davam etməsi və golf oynayarkən görüntülənməsindən sonra  Respublikaçılar Partiyandan prezidentliyə namizədi Donald Trump cümə günü fəlakətin baş verdiyi bölgəyə gedərək Obamanı sərt şəkildə tənqid edən ilk şəxs olmuşdu.

Ştatın yüksək tirajlı qəzetlərindən biri “The Advocate” da Barak Obamanı tənqid edərək, onu fəlakət səbəbiylə tətilinə son verməsinə çağırmışdı.

Ağ Evdən verilən məlumata görə isə Obama sabah, yəni çərşənbə axşamı Luiziana ştatına gedəcək.



Әlaqәli Xәbәrlәr