ABŞ-da Pakistan əsilli müsəlman şagird “DAEŞ-in terroristiyəm” deməsinə məcbur edilib

New Yorkda Pakistan əsilli amerikalı müsəlman şagirdin ailəsi məktəb idarəçilərinin uşağa zorla “DAEŞ-in terroristiyəm” dedirtdikləri üçün təzminat iddiası açıb.

554128

ABŞ mediasının xəbərinə görə Long İslandda məktəblərin birində təhsil alan 12 yaşlı Naşvan Apalın ailəsi məhkəməyə müraciət edib. Müsəlman olduğu üçün məktəb yoldaşlarının ona “terrorçu” deməsi, dəfələrlə fiziki zorakılığa məruz qalması və ən acınacaqlısı bundan xəbər tutan məktəb idarəçilərinin şagirdə zorla “DAEŞ üzvü terroristəm. Məktəbi bomba ilə havaya uçurmağı planlaşdırırıq” dedirtməsi böyük narazılığa səbəb olub.

Bu ifadədən sonra polis şagirdin evində axtarış aparıb. Hər hansı bir nöqsan tapılmamasına baxmayaraq uşaq bir həftə sonra məktəbdən uzaqlaşdırılıb.

Bundan sonra isə şagirdin ailəsi əsassız iddialara, dəymiş mənəvi ziyana görə məhkəməyə müraciət edib. Müraciətdə şagirdi ifadə verməyə məcbur edən idarəçilərin Con Dolan, Mark Bernard və Ceson Stanton olduğu bildirilir.

Ailənin vəkilinin sözlərinə görə hadisədən sonra uşaq ağır psixi sarsıntı keçirir. Məktəb idarəçiləri isə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Әlaqәli Xәbәrlәr