"Türkiyǝ olmasa, ABŞ tǝhlükǝsizlik siyasǝti mǝhv olar"

“Türkiyəni itirmǝk, ABŞ-nın təhlükəsizlik siyasətini  mǝhv edǝr”. Bunu Türkiyə ilə ABŞ arasında əlaqələrin inkişafı uğrunda sǝy edǝn lobbi tǝşkilatı Turkish Heritage Organization (THO)-nin rǝhbǝri Xəlil Danışmaz deyib:

553679
"Türkiyǝ olmasa, ABŞ tǝhlükǝsizlik siyasǝti mǝhv olar"

ABŞ Konqresindǝ Fetullahci Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi (feto / PDY)-nin 15 iyul çevriliş cǝhdi vǝ bunun regional təsirlərinin tǝhlil edildiyi iclas keçirilib.

ABŞ Konqresi Xarici Əlaqələr işçiləri Dərnəyi tərəfindən təşkil edilən vǝ THO-nun rǝhbǝri Xəlil Danışmaz ilǝ Amerika Sahibkarlıq İnstitutunun mütəxəssislərindən Michael Rubinin dǝ qatıldığı tǝdbirdǝ  çıxış edǝn Danışmaz, FƏTO-nun xain çevriliş cǝhdindǝn sonra paytaxt Vaşinqtonda Türkiyəyə istiqamətli tənqidlərin sǝslǝndirildiyinǝ diqqəti çəkərək bildirib ki, Türkiyənin, ABŞ-ın yaxın tərəfdaşı və güclü NATO müttəfiqi olduğu hǝr fürsǝtdǝ vurgulanır. Lakin iki ölkə arasındakı fikir ayrılığı sürətlə dǝnrinlǝşir.

ABŞ-ın İraq, Suriya, İran siyasətinə toxunan Danışmaz, Vaşinqton rəhbərliyinin Orta şərqdə etdiyi səhvlərǝ, Amerikan kəşfiyyat təşkilatlarının düzgün olmayan tǝhlillǝrinin səbəb olduğunu, Türkiyədə son dövrdə yaşanan hadisǝdǝn sonra bənzər səhvlǝrdǝn imtina edilmǝsinin lazım gǝldiyini qeyd edib.

ABŞ-ın milli təhlükəsizliyinə Türkiyənin əhəmiyyətli rolu olduğunu ifadǝ edǝn Danışmaz: “ABŞ milli təhlükəsizliyi üçün  ǝn əhəmiyyətli ölkəlǝrin başında  Türkiyə  yer  tutur. Türkiyəni itirmǝk, təhlükəsizlik siyasətimizǝ və bölgǝdǝki fǝaliyyǝtlǝrimizǝ ağır zǝrbǝ endirǝr. ABŞ, çevrilişǝ cǝhd edǝn FƏTO-nun Baş qulduru Fǝtullah Gülən ilǝ bağlı dǝlillǝr tǝlǝb edir. ABŞ, 11 sentyabr hücumundan sonra Usamə bin Ladini xalq düşməni elan edǝrkǝn çox güçlü dǝlillǝrǝ ǝsaslandımı? Görǝn Səudiyyə Ərəbistanı və Əfqanıstan, Tǝlǝsik qǝrar qǝbul etmǝyin. Bin Ladǝnin cinayǝtkar olduğuna inanırsanızsa güçlü dǝlillǝr araya qoyun desǝlǝrdi, verǝcǝyiniz cavab nǝ olardı?. Bǝs xülasǝ demǝli olsam Gülən cinayǝtkardır. O ABŞ vətəndaşı deyil. Ən Türkiyəni maraqlandırır. Bu problemi ABŞ-a daşımaq, ölkǝnin milli təhlükəsizlik maraqlarına ziddir” deyǝ Danışmaz vurğulayıb.



Әlaqәli Xәbәrlәr