Әli Laricani: ‘‘İran Rusiyaya hәrbi bazasını vermәyib’’

İran Rusiya tərəfinə özünün hər hansı hərbi bazasını verməyib.

553964
Әli Laricani: ‘‘İran Rusiyaya hәrbi bazasını vermәyib’’

İran Rusiya tərəfinə özünün hər hansı hərbi bazasını verməyib. Bu barədə İran parlamentinin sədri Əli Laricani bildirib.

İran parlamentinin Milli təhlükəsizlik və xarici əlaqələr komitəsinin üzvü Hişmətullah Fəlahətpişə bu gün parlament iclasında bəyan edib ki, Rusiyaya aid tәyyarәlәrin  ‘‘Həmədan’’  bazasına  yerləşməsi ölkə Konstitusiyasının 176-cı maddəsinə ziddir. Buna cavab olaraq Ə.Laricani deyib ki, İranın heç bir bazası Rusiyaya verilməyib.

Ə.Laricani  qeyd edib ki, İran Rusiya ilə regional məsələlərdə, o cümlədən Suriya üzrə əməkdaşlıq edir.

Qeyd edәk ki, Rusiyanın Müdafiә Nazirliyi  ötәn gün İranın ''Hәmәdan'' bazasından  Suriyadakı mövqelәri TU-22M3 ve SU-34 qırıcı tәyyarәlәri ilә  vurduqlarını  bildirmişdi.



Әlaqәli Xәbәrlәr