ABŞ Rusiyanın İran hava bazasından istifadə etməsinə reaksiya göstərdi

Amerika Birləşmiş Ştatları Rusiyanın Suriyadakı hədəfləri vurmaq üçün İranın hava bazasından istifadə etməsinə reaksiya göstərdi.

553340
ABŞ Rusiyanın İran hava bazasından istifadə etməsinə reaksiya göstərdi

 ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bu barədə gündəlik mətbuat konfransında :"Xoşagələn hal deyil, ancaq sürpriz olmadı, ya da gözləmədiyimiz bir vəziyyət deyildi" dedi.
 
 Mark Toner İran hava bazasından istifadənin Suriyadakı şərtləri daha çətin və mürəkkəb bir hala gətirdiyini söylədi.
 
 Rusiyanın bazadan  davamlı istifadəsi üçün icazənin olub-olmamasının araşdırıldığını  ifadə edən Toner  İranın hava məkanının döyüş təyyarələri tərəfindən istifadə edilməsinin qadağan edilməsi barədə Birləşmiş Millətlər Təşkilatının qərarı olduğunu da xatırladaraq: "Əgər BMT Təhlükəsizlik Şurasından  icazə alınmayıbsa, bu, 2231 saylı İrana dəstək, satış və döyüş təyyarəsi transferini qadağan edən qərarın pozulduğu  mənasına gəlir" dedi.
 
 Toner hüquqşünasların məsələnin üzərində işlədiklərini, detalların araşdırıldığını söylədi.
 
 Dövlət Departamentinin sözçüsü ABŞ Dövlət Katibi John Kerrynin Rusiya XİN başçısı Sergey Lavrov ilə görüşərək məsələni müzakirə etdiyini və  məsələ ilə əlaqədar  narahatlıqlarını Lavrova çatdırdığını bildirdi.
 
 Rusiyanın İran bazasından istifadə etməsinin ABŞ və Rusiyanın Suriya məsələsi ilə bağlı  hərbi əməkdaşlığına maneə törətməyəcəyini vurğulayan Toner:" Hələ o nöqtəyə gəlməmişik" dedi.
 
 Digər tərəfdən, Rusiya mediası Rusiyanın Xəzər Dənizində yerləşən donanmasından Suriyadakı hədəfləri cruise raketləri ilə vurmaq üçün İran və İraqdan hava məkanı keçidi icazəsi istədiyindən bəhs edir.
 
Ekspertlər  İrandakı bazadan istifadənin Rusiya döyüş təyyarələrinin işini asanlaşdırdığını və bunun Rusiyanın Orta Şərqdə əsas oyunçu olduğunu təsdiq etdiyini qeyd edirlər.
 
 Rusiyanın Tupolev döyüş təyyarələri çox böyük olduğundan Suriyadakı Hmeymim bazasına yerləşmirlər və onlar Suriya üçün Rusiyanın cənubundakı bazalarından havaya qalxmaq məcburiyyətində qalırdı.



Әlaqәli Xәbәrlәr