Türkiye, Rusiya vǝ İran Suriya mövzusunda üçtərəfli görüş keçirə bilәr
Bu barәdә Rusiyanın Xarici İşlər Nazirinin müavini və Kremlin Yaxın Şərq üzrə xüsusi nümayǝndǝsi Mixail Boqdanov bildirib.

Rusiyanın Xarici İşlər Nazirinin müavini və Kreml Yaxın Şərq üzrə xüsusi nümayǝndǝsi Mixail Boqdanov Türkiye, Rusiya vǝ İranın Suriya mövzusunda üçtərəfli görüş keçirə bilǝcǝyini deyib.
Tehranda İranın Xarici İşlǝr naziri Cavad Zǝrif ilǝ görüş keçirdikdǝn sonra Rusiyanın ‘‘İnterfax’’ agentliyinǝ müsahibǝ verǝn Boqdanov: ‘‘Rusiya İran vǝ Türkiyǝ Suriya vǝ Yaxın şǝrq mǝsǝlǝrindǝ ikitǝrǝfli gürüşlǝr keçirǝcǝk. Türk tərəfdaşlarımızla keçirəcəyimiz görüşlǝrin nazirliklər səviyyəsində üçlü görüşlərə çevrilməsi mümkündür’’ deyǝ bildirib.
Boqdanov qarşıdakı günlərdə Körfəz ölkələrinə səfər edəcəyini və Suriya müxalifətinin bəzi nümayəndələri ilə görüşəcəyini qeyd edib.
Әlaqәli Xәbәrlәr

İsraildә Binyamin Netanyahuya qarşı etiraz aksiyaları davam edir
İsraildә Baş nazir Binyamin Netanyahu әleyhinә etiraz aksiyaları davam edir.