Avstriyada dövlət televiziyasına hücum olub

Avstriyanın paytaxtı Vyanada terror təşkilatı PKK tərəfdarları dövlət televiziyasının binasına hücum edib.

553164
Avstriyada dövlət televiziyasına hücum olub

Avstriyanın paytaxtı Vyanada terror təşkilatı PKK tərəfdarları dövlət televiziyasının binasına hücum edib.

Avstriya dövlət televiziyası ORF-nin mərkəzi ninasına hücum edən terrorçular efirdə təzyiqlə bəyanat səsləndirmək istəyiblər.

Avstriya mediasında yer alan xəbərlərə görə, cümə günü 15 PKK tərəfdarı dövlət televiziyası ORF-nin binası qarşısında qeyri-qanuni nümayiş keçirib. Terror təşkilatının simvollarını daşıyan qrup quldurbaşı Abdullah Öcalanın sərbəst buraxılmasını istəyib.

Daha sonra təhlükəsizlik xidmətindən yan keçməyi bacaran bir qrup terrorçu televiziya binasına daxil olub, bəyanat mətninin xəbərlərdə oxunmasını tələb ediblər. Lakin hadisə yerinə gələn polis bəyanat oxunmadan qrupu çölə çıxara bilib.

Qeyri-qanuni nümayiş təşkil edən qrupun həbs edilmədiyi, yalnız haqqlarında  bəzi şikayətlərin olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr