ABŞ Quantanamo həbsxanasından Birləşmiş Ərəb Əmirliyinə 15 məhbus göndərib

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyindən verilən məlumata görə bu, Barak Obamanın prezidentliyi dövründə Birləşmiş Ərəb Əmirliyinə bir dəfəyə ən çox göndərilən məhbus sayıdır.

552540

Pentaqondan verilən açıqlamada bildirilir ki, 12-si Yəmən, 3-ü Əfqanıstan vətəndaşı olan məhbuslar Birləşmiş Ərəb Əmirliyinə göndərildikdən sonra Quantanamoda qalanların sayı 61-ə düşüb.

11 Sentyabr hadisəsində Əl-Qaidə və Talibanın əli olması iddiasıyla bir çox şəxs bu həbsxanada saxlanılır. Barak Obama prezident seçildikdən sonra məhbus sayı davamlı şəkildə azalır. Obama vəzifəsini tərk etməzdən əvvəl isə Quantanamonu tamamilə bağlamağı planlaşdırır.

Әlaqәli Xәbәrlәr