ABŞ Müdafiə naziri Eşton Karter Türkiyəyə təşəkkür etdi

Pentaqon rəhbəri Eşton Karter Suriyada Münbiç qəsəbəsinin terror təşkilatı DAEŞ-dən təmizlənməsinə dair aparılan əməliyyatlara verdiyi dəstəyə görə Türkiyəyə təşəkkürünü bildirib.

552550
ABŞ Müdafiə naziri Eşton Karter Türkiyəyə təşəkkür etdi

ABŞ Müdafiə naziri yazılı açıqlamasında Münbiç əhalisini, Münbiç Hərbi Şurasını, Suriya Ərəb Koalisiyası və Suriya Demokratik Qüvvələrini DAEŞ-dən xilas olmaları münasibətiylə təbrik edib. Qeyd olunur ki, bu terrorla mübarizədə əhəmiyyətli işdir.

Münbiçin Suriya və İraqa daxil olan DAEŞ döyüşçüləri və terror təşkilatının xarici qüvvələri üçün əhəmiyyətli tranzit nöqtəsi olduğunu vurğulayan Eşton Karter deyib ki, son uğurlu əməliyyat eyni zamanda Rakkanın da DAEŞ-dən təmizləməyə imkan yaradıb.

Bərpa və yenidənqurma işlərinin başlanacağı Münbiçdə terror təşkilatından müdafiəyə dair zəruri tədbirlər də görüləcək.

ABŞ Dövlət Katibinin sözçüsü Elizabet Trudeau da ənənəvi mətbuat konfransında Münbiçin DAEŞ-dən azad edilməsinin regional strateji əhəmiyyət daşıdığını bildirib. O, deyib ki, qəsəbə bundan sonra terror təşkilatıyla mübaizədə xüsusi rol oynayacaq.

ABŞ Dövlət Katibinin sözçüsü Münbiç əməliyyatının DAEŞ-in Türkiyəyə olan təhdidini azaltmaq məqsədiylə aparılan digər mübarizə tədbirləri ilə uyğun olduğunu və Mara sərhəd bölgəsindəki müxalifət qüvvələrini dəstəklədiyini söyləyib.



Әlaqәli Xәbәrlәr