Avstriyada xaricilərə düşmən münasibət və irqçilik artmaqdadır

8 milyon yarım əhalisi olan Avstriyada yaşayan 1 milyon yarım xarici mənşəli insan ölkədə baş verənlərdən  narahatdır.

551824
Avstriyada xaricilərə düşmən münasibət və irqçilik artmaqdadır

8 milyon yarım əhalisi olan Avstriyada yaşayan 1 milyon yarım xarici mənşəli insan ölkədə baş verənlərdən  narahatdır.

Bu ölkədə yaşayan türklərə yönəldilmiş təzyiqlər də artmaqda davam edir.

Oktyabrın 2-də keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi xadimlər xaricilərə düşmən münasibətlərinə görə səs toplamağa cəhd göstərirlər.

Radikal sağ yönümlü Avstriya Azadlıq Partiyasının prezidentliyə namizədi Norbert  Hofer çağırış edərək deyib ki, Avstriyadakı türklərin ikili vətəndaşlıq problemi həll edilənədək türklərin vətəndaşlığa qəbul edilməsi qadağan olunsun.

Türklərin Avstriya vətəndaşı olmasından narahat olduğunu bildirən Hofer Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələrinə mane olunmasını da dəstəklədiyini söyləyib.

Hofer FETÖ-nün Türkiyədəki çevriliş cəhdinə etiraz etmək məqsədi ilə Vyanada küçələrə əllərində Türk bayraqları ilə çıxanların da tədqiq edilməsini istəyib.

İctimai sorğunun nəticələrinə görə Hofer oktiyabrın 2-də keçiriləcək prezident seçkilərində 51 faiz səs toplayaraq qələbə qazanacaq.



Әlaqәli Xәbәrlәr